"Qarabağ"a Gelaşvilidən xəbər gəldi: Sabah meydanda ola bilər

17:59 - 14 Fevral 2014

Ağdam təmsilçisi AZAL-la matça hazırdır
 
“Qarabağ” AZAL-la oyuna hazırdır. Premyer Liqanın XXI turunda “təyyərəçilər”i qəbul edəcək komanda hazırlıqlarını tamamlayaraq oyun saatını gözləyir.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubunun heyətində zədəli yalnız Admir Telidir. Albaniyalı hələ 2 həftə sonra meydanlara dönəcək. Əvəzində Antalyada keçirilən təlim-məşq toplanışı zamanı zədələnən Nikoloz Gelaşvili təmamilə sağalıb və baş məşqçi Qurban Qurbanov şans verəcəyi təqdirdə meydana çıxacaq.
 
Qeyd edək ki, “Qarabağ” - AZAL görüşü sabah Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyun saat 17:00-da start götürəcək.

Xəbər xətti