"Traktorsazi" Çempionlar Liqasında
İran kubokunda dünən "Traktorsazi" ilə "Mes Kerman" klubları arasında final oyunu keçirilib.
Sportal.az xəbər verir ki, "Bahonar" stadionunda keçirilən qarşılaşmada hesabı 51-ci dəqiqədə Cənubi Azərbaycanın paytaxtı Təbrizin "Traktorsazi" klubu açıb. Bu, görüşdə vurulan tək qol olub.
Beləliklə, Təbriz təmsilçisi İran kubokunun sahibi olub.
Qeyd edək ki, qarşılaşmanın ən yaxşı futbolçusu yeganə qolun müəllifi olan Səid Degahay seçilib.
Əlavə edək ki, "Traktorsazi" bu kuboku qazanmaqla Asiya Çempionlar Liqasında oynamaq hüququ qazanıb.
saytlarin hazirlanmasi