"Hakimləri təbrik edirəm, mükəmməl oyun idarə etdi"
"Neftçi"yə qarşı yaxşı oynadıq. Oyunun əvvəlində rəqib irəli atıldı, bizə təzyiq göstərdilər. Gözləmirdim, "Neftçi" belə oynasın. Mən fasilədə oyunçularıma dedim ki, təmkinli olun. Xal hesabı azaltdıq, bizim üçün çempionat indi başlayır. Lənkərana üç xal dalınca gedirik. Bu qələbə də növbəti oyuna köklənməyə kömək edəcək. Oyunçularıma tapşırdım ki, heç nəyi hakimlərlə müzakirə etməsin. Hakimləri təbrik edirəm, mükəmməl oyun idarə etdi".
Sportal.az xəbər verir ki, bu sözləri "Bakı"nın baş məşqçisi Milinko Pantiç bildirib. O, taktiki gedişlərə də aydınlıq gətirib:
"Neftçi" imkanlar yaratdı, amma istifadə edə bilmədilər. "Neftçi" oyuna çıxanda əqibini yox, özünü düşünməlidir. Araz Abdullayevlə Flavinyonu bağlamaq üçün oyunçularıma tapşırıq vermişdim, oyunun kuliminasiya nöqtəsi Ristoviçin Rəşad Sadıqovu bağlaması idi".
saytlarin hazirlanmasi