"Xəzər Lənkəran"lı azarkeşlər polis bölməsinə aparılıb

16:48 - 16 Fevral 2014

Bu dəfə açılan pankart polisləri narahat edib
 
“Xəzər Lənkəran” azarkeşlərinin başı üzərini almış “qara buludlar” çəkilmək bilmir ki, bilmir.
 
Sportal.az xəbər verir ki, fevralın 16-da Lənkəranda yaşayan (əsasən rəsmi fan klubun üzvlərindən ibarət) bir neçə gənc və yeniyetmə azarkeş saxlanılaraq polis bölməsinə aparılıb. Hətta bəzi gənclərin  saxlanılması zamanı zorakılıqlara da yol verilib. Bu barədə saytımıza hadisənin şahidləri olan digər azarkeşlər məlumat veriblər. Həmin azarkeşlərin bildirdiyinə görə bir müddət polis şöbəsində dindirilərək izahat alınan futbolsevərlər sonradan sərbəst buraxılıblar. Maraqlısı və daha dəqiq desək əcaib iş isə odur ki, bütün saxlanılanlara eyni, məqsədi məlum olmayan suallar verilibmiş. Belə ki, fevralın 9-da Lənkəranda keçirilən “Xəzər Lənkəran” – “Neftçi” oyununda tribunalarda açılan üzərində “Şəhidlər ölməz, vətən bölünməz” yazılmış və  şəhid olan milli qəhrəmanların şəkilləri həkk olunmuş pankratın kimlər tərəfindən hazırlanması, tribunada açılmasında kimlərin iştirak etməsi asayiş keşikçilərin verdikəri sualların əsas mövzusu olub. Saxlanılan azarkeşlərdən həmin pankratı əllərində tutanların haqqında məlumatlar soruşularaq izahat alınıb. Azarkeşlər də çoxbilmişlik edərək həmin pankratı tribunada açan azarkeşləri tanımadıqlarını bildirdikdən sonra sərbəst buraxılıblar. 
 
12cioyuncu.info

Xəbər xətti