"Xəzər Lənkəran" məşqlərə start verir

00:12 - 17 Fevral 2014

Cənub təmsilçisi iki gün hazırlaşa biləcək
 
Premyer Liqanın XXII turunda “Fırtınalar meydanı”nda “Bakı” klubunu qəbul edəcək “Xəzər Lənkəran” doğma şəhərə qayıdıb.
 
Sportal.az xəbər verir ki, komanda fevralın 16-da saat 18:30-də özünün Lənkərandakı baza-otelinə yetişib. Yol yorğunluğunu nəzərə alan məşqçilər korpusu futbolçulara fevralın 17-də günün birinci yarısında keçiriləcək məşqə qədər istirahət veriblər. Qeyd edək ki, “Xəzər Lənkəran” doğma şəhərdə yalnız iki gün hazırlaşa biləcək. Belə ki, fevralın 17-də baş tutacaq məşqin ardından fevralın 18-da oyunöncəsi son məşqlə komanda hazılıqlarını yekunlaşdırmalı olacaq.
Xatırladaq ki,  “Bakı”  klubu ilə  oyun  fevralın 19-da keçiriləcək.
 
12cioyuncu.info

Xəbər xətti