Etame Skarlatakeyə çatdı
Premyer Liqanın XXI turu “Xəzər Lənkəran”ın 2 futbolçusu üçün yubiley qolu ilə əlamətdar olub.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Qəbələ” ilə səfər oyununda bərabərlik qolunu vuran Sadio Tounkara ağ-yaşıl formada 10-cu dəfə rəqib qapısına yol tapıb.
Malili futbolçu qollarından 8-ni çempionatda vurub: 2011/12 – 1 qol, 2012/13 – 5 qol, 2013/14 – 2 qol. Yarımmüdafiəçi digər iki qolunu cari mövsüm Azərbaycan kuboku yarışında rəqib qapısından keçirib.
Qəbələdəki matçda cənub təmsilçisinin ikinci qolunu vuran Etame Mbilla da 10-a çatıb. Lakin legioner bununla kifayətlənməyib və qələbə qolu ilə 11-ci dəfə “Xəzər Lənkəran” fanatlarını sevindirib. Bununla da Etame ötən tur 11-ci qolunu vuran Skarlatakeyə çatıb.
Mbilla bütün qollarını cari mövsümdə vurub. Legioner 8 dəfə çempionat, 2 dəfə kubok, 1 dəfə Superkubokda topu qapıdan keçirib.
saytlarin hazirlanmasi