"Qarabağ" "Rəvan"la matça ciddi itki ilə çıxacaq

12:32 - 18 Fevral 2014

Ağdam təmsilçisi hazırlıqları tamamladı
 
Premyer Liqanın 22-ci turunda "Rəvan"la qarşılacaq "Qarabağ" artıq bu oyuna hazırdır.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki,  Ağdam təmsilçisi hazırlıqlarını tamamlayıb.
 
Sonuncu turda AZAL-la qarşılaşdıqdan sonra istirahət etmədən dərhal hazırlıqlara başlayan komanda bu oyuna ciddi itki ilə çıxacaq. Qara Qarayev vərəqə limitini doldurduğuna görə "Rəvan"la matçı buraxmalı olacaq.
 
 
 

Xəbər xətti