"Xəzər Lənkəran" bizim haqda düşünməlidir"

15:02 - 18 Fevral 2014

Pantiç: "Bundan çətin oyun görmürəm"
 
"Bundan çətin oyun görmürəm. Çünki “Xəzər Lənkəran” ardıcıl 3 tur rəqiblərindən xal qoparmağı bacarıb. Özü də güclü komandalara qarşı çıxış edib. Biz də 3 oyundur yenilmirik". 
 
Sportal.az xəbər verir ki, bu sözləri "Bakı"nın baş məşqçisi Milinko Pantiç klubun rəsmi saytına açıqlamasında deyib.
 
Serbiyalı mütəxəssis sıx qrafiklə oynamağın komandası üçün əlavə yük olduğunu bildirib:
 
"Sıx qrafiklə “Neftçi” və “Xəzər Lənkəran”la görüşmək özü də əlavə bir yükdür. Mən də istəyərəm ki, sabah bir qədər aşağı pillələrdə qərarlaşan komanda ilə üz-üzə gələk. Təəssüf ki, bu, indi mümkün deyil. Qış fasiləsindən sonra “Bakı”nın 3, “Xəzər Lənkəran”ın isə 2 qələbəsi varsa, rəqib bizim haqda düşünməlidir”.

Xəbər xətti