"Bakı" və "Neftçi" cərimələndi, Şahin Diniyevin oğlu 9 oyunluq cəzalandı

15:26 - 18 Fevral 2014

"İnter" balaca "qardaş"ını 9000 manat ziyana saldı
 
Bu gün AFFA İntizam Komitəsi bir sıra qərarlar qəbul edib.
 
Sportal.az həmin qərarları təqdim edir.
 
5 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XXI turunun “Bakı” – “Neftçi” matçında “Bakı” klubunun 5, “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunur 
 
13 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun “Simurq” – “İnter” matçının 84-cü dəqiqəsində “İnter” klubunun 8 №-li futbolçusu Coşqun Diniyev qol vurduqdan sonra rəqibin azarkeşləri olan tribunaya tərəf qaçaraq azarkeşlərə qeyri-etik jest göstərmişdir. Bu hadisədən sonra azarkeşlər meydana daxil olmuş və hər iki klubun futbolçuları və azarkeşlər arasında münaqişə baş vermişdir. Baş vermiş insident aradan qaldırıldıqdan sonra oyun bərpa edilmişdir. İntizam Komitəsi yuxarıda qeyd edilənləri nəzərə alaraq aşağıdakı qərarları qəbul edir:
 
·         Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 500 manat cərimə olunur 
·         Oyun zamanı təhlükəsizlik təmin olunmadığı üçün “Simurq” klubu 2500 manat cərimə olunur 
·         Klub üzvlərinin iştirakı ilə oyunda yaranmış məcburi fasilə və baş vermiş iğtişaşa görə hər iki klub 1500 manat cərimə olunur
·         “Simurq” klubunun 7 №-li futbolçusu Sahib Abbasov dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəzalanır, klub 1500 manat cərimə olunur 
·         “İnter” klubunun 18 №-li futbolçusu Fərhad Budaqov dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəzalanır, klub 1500 manat cərimə olunur 
·         Simurq” klubunun inzibatçısı Mahmud Rasizadə dava-dalaşda iştirak etdiyinə görə 10 oyunluq cəzalanır, klub 3000 manat cərimə olunur (maddə 
·         Baş vermiş hadisənin səbəbkarı “İnter” klubunun 8 №-li futbolçusu Çoşqun Diniyev dava-dalaşda iştirak etdiyinə və azarkeşlərə qarşı qeyri-etik jestinə görə 9 oyunluq cəzalanır, klub 2500 manat cərimə olunur 
 
Bu hadisə ilə bağlı Hakimlər Komitəsi matçın hakimləri haqqında lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat versin.
 
14 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun “Sumqayıt” – “Rəvan” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur 
 
14 fevral 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XVII turunun “Göyəzən” – “Lokomotiv” matçında “Göyəzən” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur
 
15 fevral 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XVII turunun “Araz Naxçıvan” – “Şahdağ” matçında “Araz Naxçıvan” klubunun 5, “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat cərimə olunur
 
Oyunun 13-cü dəqiqəsində “Araz Naxçıvan” klubunun 21 №-li futbolçusu David Jinalizde ilə “Şahdağ” klubunun 13 №-li futbolçusu Vüqar Əlibabayev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 4 oyunluq cəzalanır, klublar 400 manat cərimə olunur
 
Oyunun 80-ci dəqiqəsində “Şahdağ” klubunun 25 №-li futbolçusu Abdulla Zilpikarov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur
 
12 fevral 2014-cü il, U-19 Liqasının AZAL – “Simurq” matçının 68-ci dəqiqəsində AZAL klubunun 8 №-li futbolçusu Nihad Əcəmov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır
.
Oyunun 71-ci dəqiqəsində “Simurq” klubunun 19 №-li futbolçusu Elməddin Musazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır
 
10 fevral 2014-cü il, Bakcell U-17 Liqasının “Turan-T” – “Xəzər Lənkəran” matçının 79-cu dəqiqəsində “Turan-T” klubunun 14 №-li futbolçusu Nəsimi Qədirov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır .
 
10 fevral 2014-cü il, Bakcell U-17 Liqasının “Neftçi” – AZAL matçının 70-ci dəqiqəsində AZAL klubunun 4 №-li futbolçusu Süleyman Mustafazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır
 
10 fevral 2014-cü il, Bakcell U-17 Liqasının “Sumqayıt” – “Rəvan” matçının 45-i dəqiqəsində “Sumqayıt” klubunun 4 №-li futbolçusu Nurməhəmməd Nadirov  sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 50-ci dəqiqəsində “Rəvan” klubunun 6 №-li futbolçusu Murad Nəsirli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır .
 
Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun 19 №-li futbolçusu İlyas Rəhimov hakimlərə hədə-qorxu gəldiyinə görə futbolçu 5 oyunluq cəzalanır .
 
13 fevral 2014-cü il, U-16 Liqasının “Rəvan” – “Sumqayıt” matçının 59-cu dəqiqəsində “Rəvan” klubunun 23 №-li futbolçusu Cahid Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır .
 
13 fevral 2014-cü il, U-16 Liqasının “Neftçi” – “İnter” matçının 50-ci dəqiqəsində “İnter” klubunun 23 №-li futbolçusu Afyəddin Qurbanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır
 
12 fevral 2014-cü il, U-14 Liqasının “Bakı” – “Əlincə” matçının 49-cu dəqiqəsində “”Bakı” klubunun 3 №-li futbolçusu Fərid Nadirov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır 
Oyundan sonra “Bakı” klubunun baş məşqçisi Asif Abbasov matçın hakiminə qərarın dəyişdirilməsini təklif etdiyinə (3 nömrəli futbolçuya verilən qırmızı vərəqənin 5 nömrəli futbolçuya yazılması) görə adıçəkilən məşqçinin 1 il müddətinə futbol fəaliyyəti ilə  məşğul olmasına qadağa qoyulur, “Bakı” klubu 10000 manat cərimə olunur 
 
17 fevral 2014-cü il, Bakcell U-17 Liqasının “Simurq” – “Turan-T” matçında “Turan-T” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir .
İntizam Komitəsinə daxil olmuş məlumata əsasən Topaz Premyer Liqasının XII turunun “Bakı” – “Simurq” matçının 57-ci dəqiqəsində “Simurq” klubunun 8 №-li futbolçusu Patrik Osiakaya göstərilmiş sarı vərəqə matçın hakiminin səhvi nəticəsində protokolda qeyd edilməmişdir. Lakin oyunun videoyazısını izlədikdə həqiqətən də həmin dəqiqədə adıçəkilən futbolçunun sarı vərəqə ilə cəzalandığı aşkar olunmuşdur. Bu səbəbdən protokolda qeyd edilməyən sarı vərəqə “Simurq” klubunun 8 №-li futbolçusu Patrik Osiakanın aktivinə əlavə edilir.
 
Bu hadisə ilə bağlı Hakimlər Komitəsi matçın hakimləri haqqında lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat versin.

Xəbər xətti