Paytaxt təmsilçisi oyuna hazırdı
Sabah “Bakı” Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaq.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün paytaxt təmsilçisi oyunöncəsi son məşqini keçirib.
Saat 11:20-də başlayan hazırlığa yüngül qaçışla start verilib. Ardından müxtəlif isinmə və dartınma hərəkətləri icra olunub. Vacib görüş ərəfəsində yetirmələrini çox yormayan baş məşqçi Milinko Pantiç ardından “kvadrat” oynamaq tapşırığı verib. Sonda isə futbolçular ikitərəfli oyunda sınanıb.
Qeyd edək ki, zədəsini sağaltmaqla məşğul olan Şəhriyar Əliyev yüngül qaçışla kifayətlənib.
saytlarin hazirlanmasi