"Biz Lənkərana üç xal ardınca gedirik"

00:02 - 19 Fevral 2014

Lukas Horvat: "Bu oyunda qazanılan üç xal bizə hava kimi lazım idi"

 

"Neftçi" ilə oyun çətin alındı, birinci hissə rəqib daha yaxşı oynasa da, ikinci hissə toparlandıq və əlimizə düşən fürsətlərdən lazımınca istifadə etdik. Bu oyunda qazanılan üç xal bizə hava kimi lazım idi".

 

Bu sözləri Sportal.az-a açıqlamasında "Bakı"nın yaeımmüdafiəçisi Lukas Mario Horvat bildirib. O, "Xəzər Lənkəran"la oyuna da münasibət bildirib:

 

"Xəzər Lənkəran" artıq özünə gəlib və komanda yaxşı oyun göstərir. Amma bu, bizi qorxutmur. Biz Lənkərana üç xal ardınca gedirik. Çünki liderlə aramızda xal fərqi o qədər də çox deyil və çalışmalıyıq bu fərqi azaldaq".

Xəbər xətti