"Qol imkanları yaradırıq, amma qol vurmağa çətinlik çəkirik"
“Bu oyun bir daha göstərdi ki, biz düz yoldayıq, AZAL ən yaxşı oyunlarından birini keçirdi. Ağır oyun oldu, qələbəyə layiq idik, heyf ki, qol vurduqdan sonra nəticəni saxlaya bilmirik. Bu futbolçuların ustalıq səviyyəsindən irəli gəlir."
Sportal.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib. Sadıqov rəqibdən üstün oynadıqlarını bildirib:
"Qol imkanları yaradırıq, amma qol vurmağa çətinlik çəkirik. Rəqib futbolçuların üstünlüklərini bilə-bilə onların qarşısını ala bilmədik. Bu gün “Qəbələ”dən qat-qat üstün oynadıq."
saytlarin hazirlanmasi