Fransa Futbol Federasiyasının rəsmi qərarını gözləyir
Martın 26-da Fransa kubokunun 1/4 final mərhələsində baş tutacaq “Monako” – “Lans” oyunu Bakıda keçirilə bilər.
Sportal.az xəbər verir ki, bu məsələni “Lans”ın sahibi, “Bakı”nın prezidenti Hafiz Məmmədov Monako knyazı II Albertlə sonuncu ölkəmizə səfəri zamanı müzakirə edib.
“Bakı” klubunun icraçı direktoru Yaşar Seyidov “Futbol +” qəzetinə açıqlamasında H.Məmmmədovla II Albertin Bakıda görüşdüyünü və bu oyunun ölkəmizdə keçirilə biləcəyi ehtimalının olduğunu bildirib: “Onlar bir müddət əvvəl Fransada da bir araya gəlmişdilər. “Monako” – “Lans” matçının Bakıda keçirilməsi üçün heç bir problem yoxdur. Sadəcə, bununla bağlı Fransa Futbol Federasiyasının rəsmi qərarı olmalıdır”.
Klub rəsmisi həmçinin AFFA-nın matçın Bakıda keçirilməsinə razılıq verməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Fransa kubokunun 1/4 final mərhələsi bir qarşılaşmadan ibarətdir.
saytlarin hazirlanmasi