Dənizli futbolçulara istirahət vermədi
"Xəzər Lənkəran" Lənkəranı tərk etdi
Sportal.az xəbər verir ki, türkiyəli mütəxəssis futbolçularına istirahət imkanı verməyib.
Belə ki, komanda bu gün səhər saat 11:00-da Lənkəranda məşqə çıxıb. Daha sonra komanda Lənkəranı tərk edərək, Bakıya istiqamət alıb. Komanda XXIII tur çərçivəsində AZAL-la matçın hazırlığını paytaxtda davam etdirəcək.
Qeyd edək ki, AZAL - "Xəzər Lənkəran" matçı bazar günü saat 17:00-da "Azal Arena"da oynanılacaq.
saytlarin hazirlanmasi