Rauf Əliyev "İnter"lə oyuna buraxacaq
“Bakı” klubunun qol maşını Rauf Əliyev cəzalı duruma düşüb.
Sportal.az xəbər verir ki, buna səbəb Rauf Əliyevin “Xəzər Lənkəran”la oyunun 54-cü dəqiqəsində sarı vərəqə almasıdır. Bu, Raufun 4-cü sarı vərəqəsi olub.
Bu da o deməkdir ki, baş məşqçi Milinko Pantiç bazar günü “İnter”lə paytaxt derbisində qol “maşını”nın xidmətindən məhrum olacaq. Raufun əksinə, Pedro Mario Alvaresin cəzasını başa vuraraq sıraya dönməsi düşərgədə üzləri güldürür.
saytlarin hazirlanmasi