"Həmin maşını o jurnalistə hədiyyə edəcəm"

16:52 - 21 Fevral 2014

Mikayıl Nərimanoğlu haqqındakı söhbətlərə belə münasibət bildirdi
 
Bildiyiniz kimi, bəzi internet portallarında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu barədə məlumatlar yayılıb. Söyləntilərə görə, AFFA rəsmisi  klub rəhbərindən oğluna maşın almağı xahiş edib.
 
Sportal.az xəbər verir ki, bununla bağlı Mikayıl Nərimanoğlu öz şəxsi “facebook” hesabında status paylaşıb.
 
“Son günlər bəzi internet portallarında mənim xahişimə əsasən hansısa klub rəhbəri tərəfindən oğluma maşın alındığı barədə əsassız məlumatlar yayılır.
Bunu nəzərə alaraq, sizdən xahiş edirəm ki, bunu sona qədər araşdırın. Kim mənim oğluma və mənə hansısa maşının kimsə tərəfindən hədiyyə edildiyini tapsa, mən həmin maşını o jurnalistə hədiyyə edəcəm.
 
Məlumat üçün bildirirəm ki, böyük oğlum əsgərlikdədir (daxili qoşunlarda), kiçik oğlum isə hələ orta məktəbdə oxuyur”.

Xəbər xətti