Reynaldo "Qarabağ"ı sevindirdi

21:01 - 21 Fevral 2014

Komanda "Simurq"la oyunun hazırlıqlarına başladı
 
“Qarabağ” hazırlıqlarını davam etdirir.
 
Sportal.az xəbər verir ki, Premyer Liqanın XXIII turunda “Simurq”u qəbul edəcək komanda “Rəvan” la ayın 19-da baş tutan (2:0) sonuncu görüşdən sonra dərhal hazırlıqlara başlayıb.
 
“Qarabağ” günün yeganə çalışmasına 16:00-da çıxıb. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş çalışma 90 dəqiqə davam edib.
 
Hazırlıqda bütün futbolçular iştirak edib. Ötən turu zədə səbəbindən buraxan Reynaldo artıq komandayla məşq edir. Fevralın 8-də “Qəbələ” ilə oyunda sıradan çıxan Admir Teli isə fizioterapevt nəzarətində çalışır.
 
Xatırladaq ki, “Qarabağ” - “Simurq” oyunu  fevralın 23-ü, bazar günü 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər xətti