"Xəzər Lənkəran"ın zədəlilərindən son xəbər

00:01 - 22 Fevral 2014

Komandada ciddi üç itki
 
"Xəzər Lənkəran" üç ciddi itki ilə AZAL-la matçın hazırlıqlarını davam etdirir. bu itkilər komandanın kapitanı Rahid Əmirquliyev, Elnur Abdullayev və Rasim Ramaldanovdur.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, Əmirquliyev və Ramaldanovun AZAL-la oyunu buraxacağı dəqiqdir. Belə ki, hər iki futbolçu iki həftədən sonra zədəsini tam sağalda biləcək. Bu da o deməkdir ki, futbolçular zədə səbəindən millinin BƏƏ-də baş tutacaq toplanışına da qatıla bilməyəcək.
 
Elnur Abdullayevin zədəsi isə o qədər ciddi deyil, belə ki futbolçunun ayağında ağrılar olduğu üçün məşqlərə qatıla bilmir. Onun AZAL-la oyunda meydanda olub-olmayacağı isə oyun günü məlum olacaq. 
 
Cənub təmsilçisində isə digər zədəli Adrian Pit sıraya dönüb və komanda ilə birlikdə məşqlərə başlayıb.

Xəbər xətti