"Atletiko" Xocalıya görə "Real"la oyuna qara sarğıyla çıxır

11:37 - 22 Fevral 2014

"Azerbaijan Land of Fire" loqosunun üzərində matəm lenti taxacaqlar
 
Madridin “Atletiko” futbol komandası İspaniya çempionatının növbəti turlarında “Osasuna” və “Real” (Madrid) klubları görüşlərə qara sarğı və yaxalarında matəm lenti ilə çıxacaqlar. 
 
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında bildirilir.
 
Bununla da “Atletiko” Xocalı faciəsi qurbanlarının xatirəsini yad edəcək:
 
“Azərbaycan xalqı ilə sıx münasibətlərimizin nəticəsi olaraq, “Atletiko” azərbaycanlıların Xocalı faciəsi ilə bağlı dərdinə şərik olmaq istəyir. “Osasuna” və “Real”la qarşıdakı oyunlarda əsas komandamızın oyunçuları qara sarğı və “Azerbaijan Land of Fire” loqosunun üzərində matəm lenti taxacaqlar. Bu addımı fevralın 26-da 22 yaşı tamamlanan faciə qurbanlarının ailələri ilə həmrəylik əlaməti kimi atırıq”.
 
Qeyd edək ki, fevralın 23-də İspaniya çempionatının 25-ci turu çərçivəsində “Osasuna”nın qonağı olacaq “Atletiko” martın 2-də “Real”ı qəbul edəcək. 
 
Lent.az

Xəbər xətti