"Göylər" və "narıncılar"ın mübarizəsində ikincilər 6:5 hesabı ilə qalib gəldi

14:38 - 22 Fevral 2014

"Bakı" derbiyə hazırdı
 
Sabah “Bakı” Azərbaycan Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində səfərdə “İnter”lə qarşılaşacaq.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi bu gün oyunöncəsi son məşqini keçirib. 
 
Saat 11:30-da başlayan hazırlığa yüngül qaçış və isinmə hərəkətləriylə start verilib. Ardından meydanın mərkəzinə cəmlənən “zolaqlılar” əyləncəli qaçdı-tutdu oynayıb. Daha sonra “kvadrat” və qısa məsafələrə sürətli qaçışa yer verilib. Çiskinli hava şəraitində davam edən məşqin sonunda ikitərəfli oyun keçirilib. Rəmzi olaraq “göylər” və “narıncılar”ın mübarizəsində ikincilər 6:5 hesabı ilə üstün olub. 
 
Qeyd edək ki, hələ də zədəsini sağaldan Şəhriyar Əliyev kollektivdən ayrıca çalışıb. Zədəli olan Cavid Hüseynov və Elvin Əliyev isə hazırlıqda iştirak etməyib.

Xəbər xətti