Pantiç: "Biz "böyük oyun"un iştirakçılarının ardından "İnter"i də yenmək əzmindəyik"

14:41 - 22 Fevral 2014

"Meydana çıxacaq heyəti hələ müəyyənləşdirməmişəm"
 
Sabah “Bakı” Premyer Liqanın 23-cü turu çərçivəsində səfərdə “İnter”lə qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, oyunöncəsi son məşqini keçirən komandamızın baş məşqçisi Milinko Pantiç qarşılaşma haqda fikirlərini klubun rəsmi saytıan açıqlayıb: 
 
“Əvvəlki oyunların ardı olaraq “İnter”lə görüş də ağır olacaq. Xüsusilə, onlarla oyunda rəqabət daha qabarıq hiss olunur. “İnter” son saniyəyə kimi döyüşən komandadı. Digərlərindən fərqli, rəqibin taktiki sxemi özəlliyi ilə seçilir. Amma bütün bunlar bizim məqsədimizi dəyişmir. Açığı, lap “Barselona” da öncədən qələbə qazanmağa söz vermir. Lakin biz “böyük oyun”un iştirakçılarının ardından “İnter”i də yenmək əzmindəyik. Sadəcə, son dəqiqəyə qədər döyüşəcəyimizə söz verirəm. Kapitan Rauf Əliyevin meydana çıxmayacağı bizi çox narahat edir. Marius Pena da sabah bizimlə olacaq. Ancaq meydana çıxacaq heyəti hələ müəyyənləşdirməmişəm”

Xəbər xətti