Sevda Yəhyayeva da xeyriyyə auksiyonunda iştirak edib
Müğənni Sevda Yəhyayeva xərçəng xəstəliyindən əziyyət çəkən və Türkiyədə müalicə olunan gənc Nərminə dəstək olub.
Sportal.az xəbər verir ki, müğənni bu gün “Park Bulvar”da auksiona çıxarılan “Araz Naxçıvan” klubunun formasına sahib çıxıb. Sevda müalicəsi üçün 150 min avro tələb olunan Nərminə dəstək üçün əlindən gələni edəcəyini bildirib.
Qeyd edək ki, “Araz Naxçıvan”dan öncə “Neftçi” və “Xəzər Lənkəran” formaları da auksionda satılıb.
saytlarin hazirlanmasi