Türk çalışdırıcı qida rejiminə də xüsusi diqqət yetirir
Xəbər verdiyimiz kimi, "Xəzər Lənkəran" komandası məşqlərini Bakıda davam etdirir.
Sportal.az xəbər verir ki, çox vaxt qoyduğu qadağalarla gündəmə gələn Mustafa Dənizli yenə ənənəsinə sadiq qalıb. Belə ki, türk çalışdırıcı futbolçulara rejimlərini pozmağa qəti şəkildə qadağa qoyub. Komanda üzvləri eyni zaman da vaxtında yatmalı, yüksək kalorili yeməklərdən imtina etməlidilər.
Türkiyəli çalışdırıcı qablaşdırılmış şirələrlə bağlı da qadağa qoyub. Futbolçular qablaşdırılmış şirələrdən istifadə edə bilməz . Yalnız cənub zonasında yetişən meyvələrin suyunu içməyi tapşırıb. Əsasən də portağal və almanın.
saytlarin hazirlanmasi