"Xəzər Lənkəran"da 7 zədəli

14:11 - 3 Mart 2014

Komanda bu gün məşqləri bərpa etdi
 
"Xəzər Lənkəran" "İnter"lə matçın ardından iki günlük istirahətə buraxılmışdı.
 
Sportal.az xəbər verir ki, bu gün komanda Respublika stadionunun köməkçi meydançasında məşqləri bərpa edib.
 
Məşqdə iştirak edən əməkdaşımızın verdiyi məlumata görə komandada 7 zədəli var. Onlardan 4-ü Rahid Əmirquliyev, Elnur Abdullayev, Adrian Skarlatake və  Mbilla Etame bu gün fərdi məşqlərə başlayıb. Digər 3-ü Orxan Sadıqlı, Deyvid Sakkoni və Slavik Alxasov isə məşqi kənardan izləyib.

Xəbər xətti