İdman Araşdırmalar Mərkəzi daha bir layihəni həyata keçirəcək
İdman Araşdırmalar Mərkəzi (İAM) 10 illik yubileyini qeyd etməyə hazırlaşan "Xəzər Lənkəran" futbol klubu ilə bağlı daha bir layihəni həyata keçirəcək.
Sportal.az xəbər verir ki, İAM klubun tarixi ərzində ən yaxşı yerli futbolçusunu, legionerini və simvolik komandasını seçəcək.
Bu məqsədlə ölkəmizin aparıcı KİV-lərində çalışan idman jurnalistləri arasında sorğuya start verilib. Respondentlərə İAM-ın Ekspert və Qiymətləndirmə Qrupunun müəyyənləşdirdiyi 33 namizəd futbolçu arasından seçim aparmaları təklif olunur. Həmin oyunçulardan 3-ü qapıçı, hərəyə 12-si müdafiəçi və yarımmüdafiəçi, 6-sı isə hücumçudur. Həmkarlarımız bu siyahıdan ən yaxşı yerli və əcnəbi futbolçunu, eləcə də 1-4-4-2 taktiki sxeminə uyğun olan oyunçuları seçəcəklər.
Namizədlər aşağıdakılardır:
I. Qapıçılar (1): Kamran Ağayev, Aleksandr Martyoşkin, Orxan Sadıqlı
II. Mərkəz müdafiəçiləri (2): Adrian Manuel Skarlatake, Elvin Beqiri, Kostadin Cambazov, Martin Stankov, Miroslav Saviç, Andrey Mureşan
III. Sağ cinah müdafiəçiləri (1): Füzuli Məmmədov, Ruslan Poladov, Darius Jutautas
IV. Sol cinah müdafiəçiləri (1): Radomir Todorov, Elnur Allahverdiyev, Ədəhim Niftəliyev
V. Dayaq yarımmüdafiəçiləri (1): Rahid Əmirquliyev, Emin Quliyev, Dieqo Souza
VI. mərkəz yarımmüdafiəçiləri (1): Mario Souza, Junior Osvaldo, Mahmud Qurbanov
VII. Sağ cinah yarımmüdafiəçiləri (1): Sadio Tounkara, Denis Kalinkov, Julius Vobay
VIII. Sol cinah yarımmüdafiəçiləri (1): Alim Qurbanov, Adrian Pit, Katalin Doman
IX. Hücumçular (2): Zaur Ramazanov, İvan Tsvetkov, Samir Əliyev, Uinston Parks, Oqtay Dərəlioğlu, Mbilla Etame
X. Ən yaxşı yerli futbolçu
XI. Ən yaxşı legioner.
Qeyd edək ki, İAM "Xəzər Lənkəran"ın 10 illik yubileyi münasibətilə klubla birgə yazı müsabiqəsi də elan edib.
Mənbə: Lent.az
saytlarin hazirlanmasi