Hakimlər Komitəsinin sədrinin avtomobilinə bomba qoydular FOTO

18:01 - 3 Mart 2014

Leondios Trattosa qarşı terror aktı həyata keçirilib
 
Rumıniya Hakimlər Birliyinin sədri Leondios Trattosa qarşı terror aktı həyata keçirilib.
 
Sportal.az xəbər verir ki, beynəlxalq dərəcəli hakimin avtomobilinə bomba qoyulub.
 
Maşın avtoparkda olan zaman partlayıb. Nəticədə bir neçə avtomobilə  ağır zədə dəyib.
 
Olaydan sonra toplanan Rumıniya Hakimlər Birliyi etiraz əlaməti olaraq həftəsonu keçiriləcək matçları boykot etmək qərarına gəlib.
 

Xəbər xətti