"Bavariya"nın sabiq futbolçusu AZAL-da

18:15 - 3 Mart 2014

Daha bir hollandiyalı çempionatımızda çıxış edə bilər
 
AZAL sıralarına hollandiyalı hücumçunu cəlb edib. 
 
Sportal.az xəbər verir ki, dünən Boy Deul adlı futbolçu komandaya qoşulub.
 
26 yaşılı futbolçunun son klubu Belçikanın "Antverpen" klubu olub.  Futbolçu özünü göstərə biləcəyi təqdirdə, onunla bir il yarımlıq müqavilə imzalanacaq.
Qeyd edək ki, Deul "Antverpen”ə qədər Hollandiyanın “Volendam”, “Villem II”, "Vendam" və Almaniyanın "Bavariya" (ikinci komandası) kimi klublarında çıxış edib.

Xəbər xətti