Tyaqo "Rəvan"ı sevindirdi

00:36 - 4 Mart 2014

Komanda məşqləri bərpa etdi
 
Premyer Liqanın 25-ci turunda "Xəzər Lənkəran”la qarşılaşacaq "Rəvan” bu oyunun hazırlıqlarına başlayıb.
 
Sportal.az xəbər verir ki, AZAL ilə oyundan sonra 2 gün istirahət edən komanda üzvləri dünən yenidən bir araya gəlib.
 
Səhər məşqi əsasən fiziki hazırlığa həsr olunub. Axşam məşqi isə taktiki-texniki hazırlıq üzərində qurulub. Komandanın bütün üzvləri məşqdə iştirak edib. Tyaqo Mirasemanın zədəsini sağaltması da məşqçilər korpusunu sevindirir.

Xəbər xətti