Hafiz Məmmədovla Atletiko rəhbərliyi arasında növbəti görüş keçirilib FOTO

17:06 - 5 Mart 2014

"Bu işi dünyada sülhün təbliğatçısı saymaq olar"
 
“Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədovun Azərbaycanın dünyada tanıdılması işinə verdiyi töhfə tədricən öz bəhrəsini verməkdədir.
 
Sportal.az xəbər verir ki, hazırda Hafiz bəyin himayədarlığı ilə Madrid “Atletiko”su və “Lans” öz oyunlarına üzərində “Land of Fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) ifadəsi yazılmış formalarla çıxır.
 
Bu səmərəli əməkdaşlığın nəticəsi olaraq, bu günlərdə İspaniyada Madrid “Atletiko"sunun prezidenti Enriko Serezo və “Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədov arasında növbəti görüş keçirilib. Görüş zamanı Enriko Serezo futboldakı işbirliyinə toxunaraq fikirlərini bölüşüb: “Bu işi dünyada sülhün təbliğatçısı saymaq olar. “Land of Fire Azerbaijan” ideyası əməkdaşlığımızın gözəl nümunəsidir. Cəmi bir il ərzində biz Azərbaycanı dünyada layiqli şəkildə tanıtdırmağa çalışmışıq. Bu işlərin məntiqi nəticəsi olaraq, Azərbaycan - İspaniya ticarət palatası da təsis olunub.
 
Bu günlərdə Azərbaycan xalqı 22 il əvvəl törədilmiş Xocalı faciəsini anaraq, vəhşiliklə öldürülən vətəndaşlarının ruhunu anır. Mən də öz növbəmdə bu hadisələri pisləyir, Hafiz Məmmədovun simasında xalqınıza başsağlığı verirəm. Azərbaycanın bundan sonra belə faciələrdən uzaq olmasını diləyirəm”. 
 
Görüşün sonunda Enriko Serezo Hafiz bəyə öz hədiyyələrini təqdim edib.

Xəbər xətti