"Xəzər Lənkəran" üç itki ilə hazırlaşır

14:26 - 6 Mart 2014

Etame və Skarlatake komandaya qoşuldu
 
Bu gün “Xəzər Lənkəran” Tofiq Bəhramov adına stadionun ehtiyat meydanında məşq keçirib.
 
Sportal.az xəbər verir ki, ötən turda zədə səbəbi ilə iştirak etməmiş Adrian Skarlatake və Etame Mbilla ümumi qrupa qoşulub və 25-ci turda “Rəvan”a qarşı oyuna hazır olacaqlar.
 
Fərdi proqramla Rasim Ramaldanov, Rahid Əmirquliyev və Elnur Abdullayev məşqlərini davam etdirir. Abdullayevin qarşıdakı oyuna çıxacağı ehtimal edilir.

Xəbər xətti