Baş məşqçi futbolçusundan sarı vərəqə almasını istədi
Premyer Liqanın 25-ci turunun "Rəvan" - "Xəzər Lənkəran" matçında futbolumuz adına daha bir biabırçı fakt qeydə alınıb.
Sportal.az-ın oyunda iştirak edən əməkdaşının verdiyi məlumata görə, oyunun əvvəlində Julio Sezar zədələnib.
Lakin baş məşqçi Güvənc Kurtar onu əvəzləməyə tələsməyib. Hətta komandanın yeni transferi Dmitri Kruqlov onu əvəzləmək üçün meydanın kənarında gözləsə də, türkiyəli mütəxəssis çox qəribə bir əsas gətirərək, zədəli yetirməsini meydandan çıxarmaq istəməyib. Halbuki, Sezar az qala tək ayaqla oynayır və meydanda qaça bilmirdi. Kurtar isə arenada hər kəsin eşidəcəyi şəkildə yetirməsinə mütləq sarı vərəqə alaraq meydanı tərk etməyi tələb edirdi. Hesabında 3 sarı vərəqəsi olan bu futbolçu zədəsinə görə onsuz da növbəti oyunda komandasına kömək edə biləcək durumda görünmürdü. Bu üzdən baş məşqçi eyni zamanda Sezarın cəzasını da çəkməsini istədiyi üçün belə bir anormal tələb irəli sürüb.
Nə qədər təəssüf doğursa da, türkiyəli mütəxxəssis sonda bu iyrənc istəyinə nail olub. Belə ki, Sezar Ağabalaya qarşı kobudluq edərək, cəzalı duruma düşüb. Amma hakim oyunun ilk hissəsinin sonlarında bu dəyişikliyə icazə verməyib.
Çox güman ki, fasilədə Kruqlov Sezarı əvəzləyib.
saytlarin hazirlanmasi