Pantiç: "Qarabağ"la oyunda məğlubiyyəti ağlımdan keçirmirəm"

00:30 - 9 Mart 2014

"Qarabağ"ın futbolçusu Riçard Almeydanın kart cəzalısı olsa belə, bizə qarşı oynaya biləcəyindən ehtiyat edirəm"
 
Bu gün “Bakı” Premyer Liqasının 25-ci turu çərçivəsində səfərdə “Qarabağ”la qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, oyunöncəsi son məşqini keçirən komandanın baş məşqçisi Milinko Pantiç görüş haqda fikirlərini açıqlayıb:
 
“Çempionatın liderinə qarşı çətin oyuna çıxacağıq. Məncə, “Qarabağ” və “Bakı” premyer-liqanın ən yaxşı oyun göstərən komandasıdır. Bu gün rəqib iki pillə bizdən üstündü. Bu qarşılaşmaya baxıb həzz almaq lazımdır. Amma məğlubiyyəti ağlımdan keçirmirəm. Düzdü, son iki turda heç-heçələri sıraladıq. Ancaq həyatda əsas odur ki, yenilik etməyi bacarasan. Təqvim yalnız qalib gəlməyi tələb edir. Biz yeganə komandayıq ki, 3-cü dövrədə 6 oyuna 2 qol buraxmışıq. Yure Travnerin yoxluğu bir qədər bizi qayğılandırır. “Bakı” kart cəhətdən kasıbdır. “Neftçi”, “Xəzər Lənkəran”ın oyunçularında elə olub ki, cəzalı futbolçunun vərəqəsi sonradan ləğv olunub. Beləcə, sabah “Qarabağ”ın futbolçusu Riçard Almeydanın kart cəzalısı olsa belə, bizə qarşı oynaya biləcəyindən ehtiyat edirəm”.

Xəbər xətti