"Bakı" "Qarabağ"la oyuna hazırdı

11:00 - 9 Mart 2014

"Zolaqlılar"da üç itki
 
"Bakı" bu gün Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində səfərdə “Qarabağ”la qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, ötən gün bu komanda oyunöncəsi son məşqini keçirib.
 
Hazırlığa yüngül qaçış və isinmə hərəkətləri ilə start verilib. Ardından futbolçular əyləncəli qaçdı-tutdu oynayıblar. Vacib qarşılaşma öncəsi yetirmələrini çox yormayan baş məşqçi Milinko Pantiç oyunçuları 3 qrupa bölərək “kvadrat” oynamaq tapşırığı da verib. Çiskinli hava şəraitində keçən məşqin sonunda qısa məsafələrə sürətli qaçış və dartınma təmrinləri icra olunub.
 
Onu da qeyd edək ki, profilaktik müalicə alan Mario Alvares, Deyvidas Çesnauski və Şəhriyar Əliyev hazırlıqda iştirak etməyib.

Xəbər xətti