"Rəvan" Zaqatalaya 4 ciddi itki ilə yollanacaq

17:36 - 13 Mart 2014

İki futbolçu fərdi məşqlə kifayətləndi
 
"Rəvan” "Simurq”la oyunun hazırlıqlarını davam etdirir.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Premyer Liqanın 26-cı turu çərçivəsində bazar günü keçiriləcək görüş üçün artıq dünəndən məşqlərə başlayıb.
 
Dünən "Bakı” ilə kubok görüşündən sonra bu matçda forma geyməyənlər məşq etmişdisə, bu gün bütün komanda hazırlıqda iştirak edib. Sadəcə, Oke Akpoveta və Julio Sezar yüngül zədəli olduqlarından fərdi proqram əasında çalışıb. Bu futbolçular "Simurq”la görüşdə forma geyməyəcək. Ancaq məsələ heç də zədə ilə bağlı deyil. Çünki onlar həm də cəzalı durumdadırlar. Elə Lukaş Sapela və Novruz Məmmədov da. Bir sözlə, Zaqatalaya "Rəvan"  4 əsas heyət oyunçusu olmadan yollanacaq.

Xəbər xətti