"İnter", "Xəzər Lənkəran" və "Araz Naxçıvan" cərimələndi
AFFA İntizam komitəsi ölkə Kubokunun ilk dörddəbir final oyunu çərçivəsində keçirilmiş oyunlarda baş vermiş neqativ hallarla bağlı cərimə və cəzaları açıqlayıb.
Sportal.az İntizam komitəsinin qərarlarını diqqətinizə çatdırır:
12 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Azərbaycan kubokunun 1/4 final mərhələsinin “İnter” - “Neftçi” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 38-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vəasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.
12 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Rəvan” - “Bakı” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
12 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Araz Naxçıvan” - “Xəzər Lənkəran” matçının 73-cü dəqiqəsində “Araz Naxçıvan” klubunun inzibatçısı Yunis Məhərrəmov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.
Oyunun 90+3-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 4 №-li futbolçusu Alvaro Silva əl ilə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
saytlarin hazirlanmasi