"Xəzər Lənkəran"ın prezidenti: "Kubokda növbəti mərhələyə çıxmaq şansımız 50 %-di"

13:20 - 15 Mart 2014

"Naxçıvanlıların qonaqpərvərliyinin cavabını inşallah Lənkəranda verməyə çalışacağıq"
 
"Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimov "Araz Naxçıvan"la kubok matçından sonra açıqlama verib.
 
Sportal.az xəbər verir ki, "ağ-yaşıllar"ın prezidenti kubokda olan şanslarını və Naxçıvanda yaradılan şəraitdən danışıb:
"Kubokda növbəti mərhələyə çıxmaq şansımız 50 %-di. Sizə "Araz Naxçıvan"la Naxçıvanda dolu tribunalar qarşısında oynamaq asan görünməsin. Komandamız rəqibi dəyərləndirdiyi üçün Naxçıvana bir neçə gün öncədən getmişdi. Çox təəssüf ki, mən həmin oyunu izləyə bilmədim. Amm Mustafa Dənizli və bütün komanda üzvləri onlara yaradılan şəraitdən, diqqətdən razı qalmışdılar. Naxçıvanlıların qonaqpərvərliyinin cavabını inşallah Lənkəranda verməyə çalışacağıq. Meydanda isə güclü olan qalib gəlsin". 

Xəbər xətti