Çempionatımızda növbəti istefa: Sadıqov vəzifəsindən getdi

00:03 - 16 Mart 2014

AZAL baş məşqçisiz qaldı
 
Son vaxtlar Premyer Liqada uğursuzluğa imza atan Bakının AZAL Peşəkar Futbol Klubunun baş məşqçisi Vaqif Sadıqov vəzifəsindən istefa verib.
 
Sportal.az xəbər verir ki, AZAL-ın mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov Trend-ə bildirib ki, bu gün AZAL-ın rəhbərliyi və baş məşqçi korpusu görüş keçirib. Görüşdə komandanın son vaxtlar düçar olduğu uğursuzluqlar və əldə olunan mənfi nəticələr müzakirə edilib.
 
Rəhbərlik komandanın mövsümün əvvəllərində qarşıya qoyulan hədəflərdən uzaq düşdüyünü vurğulayıb.
 
Müzakirələr zamanı klub rəhbərliyi ilə baş məşqçi arasında ümumi nəticə əldə olunmayıb.
 
Bu səbəbdən Vaqif Sadıqov baş məşqçi vəzifəsindən istefa verdiyini bəyan edib. Vaqif Sadıqov bu qərarını günün sonunda futbolçulara da rəsmən bəyan edib.

Xəbər xətti