Turun mərkəzi oyunu qalmaqalla başa çatıb
I divizionunun iddialı klubları “Qaradağ Lökbatan” və “Neftçala” matçı qalmaqalla başa çatıb.
Sportal.az xəbər verir ki, oyunun son dəqiqələrinə kimi “Qaradağ Lökbatan” rəqibini 1:0 hesabı ilə məğlub edirmiş. Matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə “Neftçala” 2 dəqiqəyə iki qol vurmağı bacarıb.
Belə olan halda, “Qaradağ Lökbatan”ın məşqçi korpusunda əsəblər tarıma çəkilib. Daha sonra iki komandanın məşqçiləri və ehtiyat futbolçuları arasında söz atışması olub, ardından isə Binə stadionu əlbəyaxa döyüş meydanına çevrilib.
Belə olan halda, referi Ramil Diniyev 1 nəfəri qırmızı vərəqə ilə cəzalandırıb. Qan su yerinə axdığı davada hər iki klubun rəhbərliyi də iştirak edib.
saytlarin hazirlanmasi