Komanda oyun saatını gözləyir
"Rəvan” Premyer Liqanın 26-cı turu çərçivəsində "Simurq” ilə üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, artıq komanda oyunun hazırlığını tamamlayıb.
Zaqatala şəhər stadionunda bu gün keçirilən məşq hazırlıq prosesində sonuncu olub. Təxminən 1 saat davam edən məşqdə baş məşqçi Güvənc Kurtar yetirmələrinə son tapşırıqlarını verib. Əvvəlcə dar sahədə topu özündə saxlamaq üzərində işləyən futbolçular sonra qapıya zərbələr üzərində işlədi. Məşqin sonu standart vəziyyətlərə həsr olundu.
Qeyd edək ki, "Rəvan” Zaqatalaya bir neçə aparıcı futbolçusuz yollanıb. Belə ki, Lukaş Sapela, Novruz Məmmədov, Julio Sezar və Oke Akpoveta cəzalıdır. Üstəlik, baş məşqçi qarşıdan "Bakı” ilə vacib kubok oyununun gəldiyini nəzərə alaraq, Ramazan Abbasov, Mitya Moreç, Dmitri Kruqlov, Miloş Adamoviç, Mişel Balokoq və Ayaz Mehdiyev kimi aparıcı oyunçulara əlavə istirahət imkanı yaradıb və bu futbolçuları Zaqatalaya aparmayıb.
Sonda onu da bildirək ki, "Simurq” – "Rəvan” oyunu martın 16-da saat 15.00-da başlayacaq.
saytlarin hazirlanmasi