"Komandaların aşağı liqaya düşməyəcəyi haqqında qərar onlarda arxayınlıq yaratdı"

17:20 - 16 Mart 2014

Milinko Pantiç: "Məğlub olmadığımıza sevinirəm"

 

“Çətin oyun oldu, çempionatın ən yaxşı komandalarından birinə qarşı oynadıq. Seçim üçün çox oyunçumuz yoxdur. Raufun zədələnməsi bizi üzdü. Subotiç mükəmməl qol vurdu. Məğlub olmadığımıza sevinirəm. İki xal itirdiyimizə də üzülürəm".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Bakı"nın baş məşqçisi Milinko Pantiç deyib. Pantiç komandasında hücumçu çatışmazlığının olduğunu bildirib:

 

"Qarşıda “Rəvan”la kubokun cavab oyunu var. Komandaların aşağı liqaya düşməyəcəyi haqqında qərar onlarda arxayınlıq yaratdı. Çempionat ərzində çoxlu yoldaşlıq oyunları görəcəyik. Bizdə hücumçu çatışmazlığı var, bunu hamı görür. Rauf hər oyunda meydana çıxır, yaxşı oyunçudur. Hər hansı bir qərar verəndə həmişə idman tərəfini də düşünmək lazımdır”. 

Xəbər xətti