Güvənc Kurtar: "Qarşıdakı kubok oyununa hazırlaşacağıq"
“Rəqibi qələbə ilə təbrik edirəm. Öz komandamı da təbrik edirəm, bacardığımız qədər mübarizə apardıq. Əsas heyətin 8 futbolçusu bu gün heyətdə olmasa da, bura ən azından heç-heçə üçün gəlmişdik".
Sporrtal.az xəbər verir ki, bu sözləri "Rəvan"ın baş məşqçisi Güvənc Kurtar deyib Kurtar məğlubiyyətə belə şərh verib:
"Təəssüf ki, cərimə zərbəsindən vurulmuş qol planlarımızı alt-üst etdi. Ardınca da ikinci qolu buraxdıqdan sonra qalib gəlmək şansımız azaldı. “Simurq” doğma meydanda çox yaxşı oynayan komandadır. Daha da yaxşı oynaya bilərdik, heç-heçə edə bilərdik. Qarşıdakı kubok oyununa hazırlaşacağıq. Cəzalı və zədəli futbolçularımız var. Hər iki komandanı təbrik edirəm”.
saytlarin hazirlanmasi