Vadar Nuriyev rəsmən AZAL-da
AZAL klubunun yeni məşqçilər korpusunun tam tərkibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov sabiq çalışdırıcı Vaqif Sadıqovun rəhbərliyi altında işləmiş Tofiq Mustafayev və Rauf Salamovu saxlayıb. Sadıqov məşqçi korpusuna sadəcə bir yeni məşqçi cəlb edib.
Bu, Əhmədovun uşaqlıq dostu Vadar Nuriyevdir. Son iş yeri “İnter” klubu olan Nuriyev hazırda AZAL-ın məşqindədir.
Tərlan Əhmədov ilk məşqinə saat 16:00-da çıxıb.
Qeyd edək ki, Əhmədov baş məşqçi kimi “Bakı”ya qarşı oyunda debüt edəcək.
saytlarin hazirlanmasi