"Şanslarımızı həyata keçirmək lazım idi"
“Bakı”nın baş məşqçisi Milinko Pantiç ölkə Kubokunun dörddəbir finalının cavab görüşündə “Rəvan”a qarşı keçirilmiş oyun (ilk oyun: 1:0; cavab oyunu: 0:1, penaltilərlə: 8:9) haqda danışıb.
Sportal.az xəbər verir ki, serb çalışdırıcı bunları dilə gətirib:
“Dediyim kimi, çətin oyun oldu. Kubok oyunlarında belə də olur. Şanslarımızı həyata keçirmək lazım idi. Biz isə bunu edə bilmədik və rəqib qələbə qazandı. Penaltilər seriyasına gəlincə, mən özüm də futbolçu olmuşam, penalti vurmuşam. Ancaq bu işi heç vaxt sevməmişəm. Penalti vuruşları zamanı həyəcan keçirdiyim üçün üzümü çevirirdim”.
saytlarin hazirlanmasi