"Yarımfinal oyunları daha fərqli olacaq"
"Oyunu artıq ilk hissədə həll edə bilərdik. Vurduğumuz qoldan sonra bir zərbəmiz də qapı tirindən döndü. Kubokda yolumuzu davam etdirdiyimiz üçün şadam".
Sportal.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mustafa Dənizli "Araz Naxçıvan"la kubok matçından (1:0) sonra keçirilən mətbuat konfransında deyib.
Türkiyəli mütəxəssis yarımfinal görüşlərinin daha fərqli olacağını bildirib:
"Araz Naxçıvan" yaxşı komandadır, gələn mövsümdən Premyer Liqada çıxış edəcəklərinə inanıram. Yarımfinal oyunları daha fərqli olacaq. Premyer Liqada da bacardığımız qədər irəliləməyə çalışacağıq”.
saytlarin hazirlanmasi