"Bir daha bu mövzuya qayıtmaq istəmirəm"
"Hamını Novruz bayramı ilə təbrik edirəm. “Xəzər Lənkəran” klubunun rəhbərliyinə təşəkkür edirəm, bizi yaxşı qarşıladılar. Biz 8 ayın komandasıyıq, yaxşı mübarizə apardıq, qələbə istəyimiz var idi, təəssüf ki, alınmadı".
Sportal.az xəbər verir ki, bu sözləri "Araz Naxçıvan" klubunun baş məşqçisi Əsgər Abdullayev "Xəzər Lənkəran"la kubok matçından (0:1) sonra keçirilən mətbuat konfransında deyib.
Ə.Abdullayev hakimliklə bağlı danışmaq istəməyib:
"Hakimliklə bağlı ötən oyunda da danışmışdım. Bir daha bu mövzuya qayıtmaq istəmirəm. Aidiyyatı qurumlar bu məsələlərə baxır, qiymət verir”.
saytlarin hazirlanmasi