"Trabzonspor"un sabiq futbolçusu Premyer Liqamızda çıxış edə bilər

00:18 - 21 Mart 2014

Alanzinyo hər an ölkəmizə gələ bilər
 
Son olaraq "Trabzonspor"da çıxış edən braziliyalı futbolçu Alanzinyo yaxın günlərdə premyer Liqada oynaya bilər.
 
Sportal.az xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, Trabzon təmsilçisi ilə müqaviləni ləğv edən braziliyalı yarımmüdafiəçi Azərbaycan klublarından biri ilə razılığa gəlib. Hələlik adı açıqlanmayan klubla Alanzinyo 4 aylıq müqavilə imzalayacaq. Onun bu sözləşmə ilə 400 min avro qazanacağı bildirilib. Qeyd edək ki, Alanzinyonun bir neçə günə ölkəmizə gələcəyi gözlənilir.
 
Məlumat üçün onu da deyək ki, Alanzinyonun hal-hazırda "Trabzonspor"dan 200 min avro alacağı var. Ona görə də, futbolçu Trabzona gəlib bu pulunu aldıqdan sonra ölkəmizə gələcək.

Xəbər xətti