Klubun icraçı-direktoru Lənkəranda onlara ayrılan diqqətdən danışdı
"Xəzər Lənkəran"la ölkə kubokunun 1/4 final mərhələsində keçirilən oyundan öncə və sonra Lənkəran klubunun rəhbər şəxslərinin "Araz Naxçıvan" göstərdiyi diqqət Muxtar Respublika təmsilçisi tərəfindən alqışla qarşılanıb.
Sportal.az xəbər verir ki, oyundan iki gün öncə Lənkərana yollanan "qırmızı-ağlar" yerli klubun nümayəndələri qarşılayıb.
Həmçinin, oyundan sonra hər iki komandanın rəhbərliyi, məşqçiləri və futbolçuları üçün ziyafət də təşkil olub. "Araz Naxçıvan"ın icraçı direktoru Orxan Cabbarov klubun rəsmi saytı vasitəsilə "Xəzər Lənkəran" rəhbərliyinə minnətdarlığını bildirib: "İlk olaraq,"Araz Naxçıvan" adından dünya azərbaycanlılarını Novruz Bayramı münasibətilə təbrik edirəm. Elə alındı ki, bu bayramı Lənkəranda keçirməli olduq. Ancaq "Xəzər Lənkəran" rəhbərliyi bizə həmin bayram ərəfəsində elə diqqət ayırdılar ki, özümüzü evdəki kimi hiss etdik. İlaxır çərşənbəsində klubumuzu yalnız qolmadılar, yerləşdiyimiz otel təşrif buyurdular və bu qarşılanma bizləri çox sevindirdi. Başda Mais Mənsimov olmaqla, bütün klub rəsmilərinə öz təşəkkürümü bildirirəm. Doğrudanda da, belə görüşlərdə qalib gəlmək və ya məğlub olmaq böyük önəm kəsb etmir, sadəcə klublar arasında belə münasibətlərin olması çox sevindirici haldı".
saytlarin hazirlanmasi