"Xəzər Lənkəran", "Bakı" və "Qarabağ"ın oyunlarında qadın hakimlər

23:44 - 21 Mart 2014

"Rəvan" - "Neftçi" matçı Məmmədova tapşırıldı
 
Əvəzedici heyətlərin ölkə birinciliyində 27-ci turun oyunlarına hakim təyinatları açıqlanıb.
 
Sportal.az təyinatları təqdim edir:
 
22 mart (şənbə)
 
“Xəzər Lənkəran” – “Simurq”
Hakimlər: Elgün Hüseynov, Ruslan Babayev, Yuliya Qurbanova, Fəridə Lütfəliyeva
“Xəzər Lənkəran” mərkəzi stadionu, ehtiyat meydança, 15:00
 
“Rəvan” – “Neftçi”
Hakimlər: Mahir Məmmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Ağaəli Əlizadə
“Bayıl Arena” stadionu, 14:30
 
AZAL – “Bakı”
Hakimlər: Venera Kahriç, Ülviyyə Mustafayeva, Rasim Əhmədov, Samir Qasımov
“AZAL Arena” stadionu, 13:00
 
“Qəbələ” – “İnter”
Hakimlər: Rəşad Əhmədov, Səbuhi Əmrahov, Ruslan Nəsibov, Səbuhi Soltanov
Qəbələ şəhər stadionu, ehtiyat meydança, 14:00
 
“Qarabağ” – “Sumqayıt”
Hakimlər: Emin Nağıbəyov, Maya Nəbiyeva, Vüsal Qənbərov, Xəyalə Əzizzadə
“Bayıl Arena” stadionu, 12:00

Xəbər xətti