Pantiç Penanı komandadan göndərir
"Bakı" klubunun yay fasiləsində yollarını ayıracaq ilk futbolçunun adı məlumdur.
Sportal.az-a etibarlı mənbədən verilən məlumata görə, komandanın hücumçusu Marius Pena komandadan ayrılacaq. Qeyd edək ki, Pantiç Penaya bu tur qarşılaşacaqları AZAL-la matçda son şans verəcəyini bildirsə də, hücumçunun bu oyunda göstərəcəyi performans heç nəyi dəyişə bilməyəcək.
Xatırladaq ki, Pena "Rəvan"la matçda penaltini qeyri-dəqiq yerinə yetirərək komandasının kubokdan kənar qalmağına səbəb olmuşdu
saytlarin hazirlanmasi