"Xəzər Lənkəran"da ciddi itki: "Simurq"la oyunu buraxmalı olacaq

12:00 - 22 Mart 2014

Sakkoni məşqlərə başladı
 
"Xəzər Lənkəran" "Simurq"la oyunun hazırlıqlarını davam etdirir.
 
Cənub klubunun mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə, "ağ-yaşıllar" matçöncəsi ciddi itki ilə üzləşib. Komandanın aparıcı üzvlərindən sayılan Tyeqo de Xesus sıradan çıxıb. Məşqlərə qatıla bilməyən futbolçunun zədəsi olduqca ciddidir və müdafiəçinin sabahkı oyunu buraxacağı gözlənilir.
 
Digər zədəlilərdən Deyvid Sakkoni isə zədəsini sağaldaraq məşqlərə başlayıb.

Xəbər xətti